Jump to content

User:Shahin.huseynzade

From Wikipedia, the free encyclopedia
     NATO- nun Azərbaycanın Təhlükəsizliyində oynadığı rol.

ABŞ-ın xüsusi iştirakı nəticəsində 1949-cu ildə Qərb dövlətlərinin hərbi bloku yaradıldı. NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) adlandırılan bu qurum əvvəllər SSRİ-yə qarşı yaradılmışdı. Bir növ SSRİ-nin hərbi gücünə tab gətirmək üçün ABŞ bu planı işləyib hazırlamışdı. Uzun zamandan bəri mövcud olan bu təşkilat SSRİ dağılandan sonra da öz fəaliyyətini davam etdirdi. SSRİ-dən çıxmış ölkələri də öz tərəfinə çəkmək üçün 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramını işləyib hazırladı. Bu proqrama imza atmış dövlətlər, NATO-nun siyasi və hərbi orqanlarının işində iştirak etmək hüququna sahib olurdular. Qeyd etmək lazımdır ki, proqramın qayəsini hüquq qaydaları, demokratiya və insan haqqları prinsiplərinə əsaslanırdı. Ümumiyyətlə, Azərbaycan – NATO münasibətlərinin inkişaf tarixini 3 mərhələyə bölmək olar: Birinci mərhələ: 1994-2005-ci illər İkinci mərhələ: 2005-2011-ci illər Üçüncü mərhələ: 2011-…. Azərbaycanla NATO arasındakı ilk əlaqələr hələ 1992-ci ildə yaranmışdı. Lakin bu əlaqə 1994-cü ilə qədər səthi ( və ya tanışlıq) xarakter daşıyırdı. Lakin 1994-cü ildən başlayaraq əlaqələr yüksək səviyyəyə qədər qalxdı. İkitərəfli əməkdaşlığa hərbi əməkdaşlıq, hərbi modernizasiya, silahlı qüvvələr üzərində demokratik nəzarət, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq kimi sahələr daxil olunmuşdur. Ölkəmizə 1997-ci ildə NATO-nun Baş katibi Xavier Solanonun gəlişini də göstərmək olar. Baş Katib dövlət rəsmiləri ilə görüşündə də qeyd etmişdi ki, NATO-nun Azərbaycanla bağlı ciddi niyyətləri var. O həmçinin Dağlıq Qarabağ probleminin həlli yollarının araşdırılmasına səy göstəriləcəyini də bildirmişdi. Lakin bu günə qədər NATO tərəfindən Qarabağ probleminin həllinə bir növ soyuq yanaşılır və dondurulmuş münaqişənin həllinə yönəlmiş danışıqlarda NATO özü birbaşa iştirak etməyib. Düzdür NATO Azərbaycan hökümətinin bu problemin həll olunmasında sülhün əsas götürülməsini dəstəkləyir. Lakin özü problemin həllində səy göstərmir. Buna baxmayaraq, Azərbaycan rəsmi dairələri hesab edirlər ki, NATO-nun ətrafında istənilən inteqrasiya prossesləri müsbət hal kimi qiymətləndirilməlidir. Bu bir növ əks-cəbhələşmənin qarşısını almaqda atılmış addım kimi izah olunur.( bax: mənbə 7) Azərbaycan NATO-nun Təhlükəsizlik sahəsində əməkdaşlıq (SNT) təlimi və məşğələlərində iştirak etmiş, avro-atlantik təhlükəsizliyin təmin olunmasında fəal töhfələr vermişdir.Azərbaycan silahlı qüvvələri Kosovo Qüvvələri (KFOR) və Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (İSAF) NATO-nun silahlı qüvvələri ilə birgə xidmət edib. Əlbəttəki, Azərbaycanın bu addımları yüksək qiymətləndirilib və bu addımların atılması, gələcəkdə də Azərbaycana müəyyən köməklər göstərəcəyinə şübhə yaratmır. Bu addımların atılması Azərbaycanın da öz təhlükəsizliyinin təmin olunmasında düşünülmüş addımlar atmasını göstərir və gələcəkədə bu addımların biruzə verəcəyi daim diqqət mərkəzindədir. Azərbaycanla NATO arasındakı birinci və ikinci mərhələ dinamik inkişafa, tərəfdaşlığa, proqramlara qoşulma və onların yerinə yetiriləmsinə əsaslanır. Lakin 2008-ci ildə Cənubi Qafqazda baş verən proseslər, region uğrunda geosiyasi çəkişmələr Azərbaycan – NATO münasibətlərinə təsir etdi. FTƏP sənədinin 3-cü mərhələsinin razılaşdırılması prosesi il yarım gecikdi. Nəzərə alınmalıdır ki, Azərbaycanın bir sıra qonşuları – Rusiya və İran ölkəmizin alyansla sıx əməkdaşlığının əleyhinədirlər. Bu istiqamətdə xüsusilə Rusiyanın səylərini qeyd etməmək olmur. ( bax: mənbə 6) Bu səbəbdən yaxın hegemon qonşumuzun təzyiqləri nəticəsində Azərbaycanın NATO ilə qurduğu təhlükəsizlik sahəsindəki əməkdaşlıq da getdikcə zəifləyir. Bu zəifləmə regionda Azərbaycanın tək qalmasına şərait yaradır. Əgər Azərbaycan NATO kimi bir qurum daxilində öz təhlükəsizliyin qorumağa səy göstərirdisə, bugünkü gün əlaqələrdəki zəiflik təhlükəsizliyi kölgədə qoyur. Bu bir növ Azərbaycanın getdikcə öz təhlükəsizliyin tək qorumasını məcbur edir və bizi güclü qurumun imkanlarından faydalanmağa qoymur. 2011-ci ildən başlayaraq Azərbaycan- NATO əlaqələrindəki soyuqluğu təkcə qonşulardan gələn təzyiqi deyil, Azərbaycanın özünün NATO-nun müəyyən etdiyi islahatları yerinə yetirməmsində də görə bilərik. 2005-ci ildən başlayaraq İPAP sənədinin imzalanması ilə Azərbayncada güclü islahatlar gözlənilirdi. Bura daxildir : Müdafiə nazirlinin mülki şəxs olması, hərbi qüvvələr üzərində mülki nəzarət, struktur dəyişikliyi, yəni NATO standartlarına uyğun hərbi qüvvə və s. Lakin ölkə tərəfindən bu addımların atılmaması NATO ilə əlaqələrə zərər yetirirdi. Bu NATO-nun sabiq Baş Katibi Simonsun 2011-ci ildə Azərbaycanın Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda da qeyd olunur. Qeyd etmək lazımdır ki, əgər NATO əvvəllər əməkdaşlıq etdiyi ölkələrdə hərbi islahatları yerinə yetirlməsini tələb edirdisə, bugünkü gün siyasi islahatları da önə çəkir. (bax: mənbə 4) Bu da bir növ demokratiyaya öz töhfəsini verməyən dövlətlərlə əlaqlərə müəyyən soyuqluq gətirir. Nəinki Azərbaycan, həmçinin NATO da Azərbaycanla əlaqələr qurmaqda, təhlükəsizliyi qorumaqda (əsas da neft-qaz boru kəmərlərini) maraqlıdır. Bəlli olduğu kimi NATO Azərbaycanın karbohidrogen ehtiyatlarının nəql olunduğu kəmərlərin təhlükəsizliyini təmin etməyə daim hazır olduğunu, 2009-cu ildə Bakıda keçirilən NATO enerji təhlükəsizliyi və ehtiyatlar konfransında NATO təmsilçiləri açıqlamışdılar. Rəsmi Bakı bu məsələnin gələcəkdə müzakirə mövzusu olacağını istisna etmir. (bax: mənbə 8) Toplantıda Azərbaycan Neft Şirkətinin 1-ci vitse prezidenti Eldar Şahbazov çıxış edərək qeyd etmişdi ki, Azərbaycan ərazisində 4-boru kəməri çalışır və günü gündən artan risklər və təhdidləri nəzərə alsaq, bu kəmərlərin təhlükəsizliyinin təmin edilməsi vacibdir. Ümumiyyətlə, əgər bir ölkənin daxilində enerji resursları, boru kəmərləri qorunursa, bu bir başa həmin ölkənin də bütünlüklə qorunması deməkdir. Yəni bugünkü gün boru kəmərlərin olması, Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına kömək edir.Lakin yenə də vurğulamaq lazımdır ki, hələ də bu sahədə heç bir addım atılmayıb. NATO Baş Katibi Anders Fogh Rasmussen 7 sentyabr tarixində ölkəyə ilk səfəri zamanı Azərbaycanın müdafiə sahəsində apardığı islahatları yüksək qiymətləndirmiş və təhlükəsizlik sahəsində daha yaxından əməkdaşlıq etməyə çağırmışdır.

	NATO Baş Katibi ilə görüşdə Prezident İlham Əliyev Azərbaycanın NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və "Sülh naminə tərəfdaşlıq" Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayaraq, Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə etmişdi.
	Birgə mətbuat konfransında NATO Baş Katibi Azərbaycanı mühüm tərəfdaş adlandırdı, qeyd etdi ki, NATO Azərbaycana müdafiə və təhlükəsizlik islahatları sahəsində dəstək göstərir: "Biz istəyirik ki, siz həmin mühüm sahələrdəki dinamikanı qoruyub saxlayasınız. Dialoqumuzun və əməkdaşlığımızın güclü çərçivəsi vardır. Biz uğurlarımızı davam etdirməkdə, illər boyu Əfqanıstanda birgə işləyərək hərbi qüvvələrimizin əldə etdiyi əməli təcrübənin artırılmasında, XXI əsrdə qloballaşan dünyada hamının üzləşdiyi təhlükəsizlik çağırışlarını birgə işləyərək aradan qaldırmaqda israrlıyıq. Azərbaycan NATO üçün və NATO isə Azərbaycan üçün dəyərli tərəfdaşlardır. Biz güclü, uzunmüddətli tərəfdaşlığı qurmaq imkanına malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq”. (bax: mənbə 9)

Fogh Rasmussennin fikirlərindən də göründüyü kimi NATO Azərbaycana dəyərli və lazımi əməkdaş kimi baxır. Azərbaycanla NATO-nun bir çox sahələrdə maraqları üst-üstə düşür. Məsələn, hal-hazırda NATO qurumu İranın nüvə proqramına qarşı silahlanır. Burada Azərbaycanla İran arasındakı gərginliyə də toxunsaq, görərik ki, bu yaxınlıq nə dərəcədə üst-üstə düşür. Hətta bu gərginliyə görə Azərbaycanın İranla sərhəddin nəzarətini NATO-ya tapşırmaq ehtimalının olduğu da qeyd olunur. ( bax: mənbə 2) Azərbaycanla NATO arasındakı təhlükəsizlik sahəsindəki əməkdaşlığa terrorizmi də aid etmək lazımdır. 2001-ci il sentyabr hadisəsindən sonra terrorizmin məhv edilməsi NATO-nun əsas məqsədi oldu ( Vaşinqton müqaviləsinin 5-ci maddəsi). Terrorizmə qarşı mübarizədə Azərbaycan da yaxından iştirak etdi və bu gün də edir. (bax: mənbə 10) Çünki nəzərə alsaq ki, ölkəmiz təkcə Ermənistan tərəfindən 32 terror aktına məruz qalıbsa ( Prezident İlham Əliyevin nitqindən), onda NATO-nun terrorla mübarizə proqramına qoşulmaq Azərbaycan üçün nə dərəcədə vacibdir. Bundan əlavə Azərbaycan ətraf mühitin qorunması, Kütləvi Qırığın Silahlarının (KQS) yayılmasına qarşıaının alınması, minalardan təmizləmə və bu kimi digər təhlükəsizliyə qarşı olan problemlərin həlli üçün NATO ilə əməkdaşlıq edir. Azərbaycanın NATO ilə əmakdaşlıq etmək məqsədi Ermənistanın da qoşulmuş oldğu Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT ) cavab olaraq atılan addımdır. Müqaviləyə əsasən bu təşkilatın üzv dövlətlərinə hər hansı bir dövlətin hərbi müdaxiləsi başlayarsa, təşkilatın digər üzv dövlətləri hərbi müdaxiləyə qoşula bilərlər. Azərbaycanla Ermənistan arasındakı vəziyyəti nəzərə alanda, məsələ aydın olur. Təbii ki bu məsələ Azərbaycanın milli təhlükəsizliyi üçün narahatçılıq doğurmaya bilməz. Rusiya da öz növbəsində Azərbaycanda boş qalan yerinin Türkiyə vəya NATO ilə doldurulmasını həzm edə bilmir. NATO isə öz növbəsində 2004-cü il İstanbul sammitində Cənubi Qafqaz və Mərkəsi Asiya regionlarını özünün strateji əhəmiyyətli zonaları olduğunu bildirən sənəd qəbul edib. Rusiya və Qərb arasında gedən qarşılıqlı mübarizə zamanı Azərbaycnın bir başa NATO - ya üzv olmaq istəyi Azərbaycan üçün heç də müsbət hal olmaz. 2008-ci ilin avqust ayında yaşanan Rusiya-Gürcüstan müharibəsi, elə regionun digər dövlətlərinə xəbərdarlıq mesajı idi. Bundan əlavə İranın bu bloka olan münasibəti tam aydınlaşdırılmıyıb, həmçinin Alyansa qoşulmanın digər şərtlərindən biri də “digər dövlətlərlə ərazi iddiaları olan və ya digər ölkələr tərəfindən ərazi iddialarının obyekti olan ölkələr bloka qəbul edilə bilməz”. Bunlar da əsas maneələrdən biridir. Deməli Azərbaycan hələki NATO-ya üzv ola bilməz. Əgər Alyans Qarabağ probleminin həllidə qəti addımlar atarsa, bir növ Azərbaycana dəstək verərsə, onda Azərbaycanın NATO kimi bir qurumda olması mümkündür. Lakin bugünkü gün NATO-ya üzvlük bizə uğur gətirməz. Çünki Rusiya kor-koranə bunu qəbul etməz. Demli Azərbaycan ciddi problemlərlə zləşə bilər. Ələbttəki, bunu təkcə Azərbaycan deyil, NATO da anlayır. Ancaq Azərbaycan Rusiyanın sahib olduğu Varşava Müqaviləsi Təşkilatına da üzv olmur. Çünki üzv olarsa, bir növ Qərb imkanlarından ayrı düşər və yenidən Rusiyanın diktəsinə məruz qalar. Ona görə də hal-hazırda Azərbaycanın bitərəf mövqe tutması ən doğru addımdır. Lakin təhlükəsizliyi tək qorumaq da Azərbaycan üçün böyük riskdir. Bu riski yaxın gələcəkdə yalnız hər hansı bir dəyişiklik olarsa, aradan qaldırmaq mümkün olacaq.

Ədəbiyyat siyahısı: 1. http://referat.day.az/az/v23365-xarc-syast-anlayii-v-azrbaycanin-sas-xarc-syast-strategyasi?part=4 2. http://azeri.irib.ir/xeberler/azerbaycan/item/153879-iran-azrbaycan -nato-ya-taps 3. http://merkez.az/archives/159040 4. Cəsur Sümərinli http://sesligoruntuluyazilar.azerblog.com/22755.azr 5. http://newtimes.az/az/r0/s0/d5/2/n239/NATO-v-Azrbaycan-torpaqlar -problemi 6. http://merkez.az/archives/159040 7. “Müasir Beynəlxalq Münasibətlər və Azərbaycanın Xarici Siyasəti” – Əli Həsənov 8. http://xeber.azeri.net/olke/enerji-tehlukesizliyi-vacibdir 9. http://www.aznatomission.be/?/az/news/view/205/ 10. Tərəfdaşlıq vasitəsilə təhlükəsizlik (kitab): http://www.nato.int/docu/sec-partnership/sec-partner-aze.pdf