Jump to content

User:Seyyam

From Wikipedia, the free encyclopedia


Açar sözlər:  Hündürmərtəbəli bina, yanğın, yanğın təhlükəsizliyi,  göydələnlər, xilasetmə, dəmir-beton konstruksiya, yanğınsöndürmə texnikası, dronlar.

Giriş. Zaman keçdikcə hündürmərtəbəli binaların artması və göydələnlərin meydana gəlməsi ilə belə binalarda yanğın zamanı xilasetmə işlərinin aparılması üçün həmin binaların konstruktiv texnoloji xüsusiyyətlərini nəzərə almaq lazımdır. Xilasetmə işlərinin aparılmasının demək olar ki, mümkün olmadığı hallarda müasir dövrün texniki inkişaf səviyyəsini və imkanlarını nəzərə almaqla məsələnin həllinə yanşmaq lazımdır.

İşin məqsədi dronlarin tətbiqi ilə məlum xilasetmə avadanlıqlarının istifadə edilməsi mümkünsüz olan yüksək mərtəbəli binalarda insanlar bina eyvanlarindan, pəncərələrdən özlərini atmasının qarşısının alınması və insanların həyatının xilas edilməsi imkanlarının araşdırılmasından ibarətdir.

Yüksək binalar. Görkəmli hündür binalar əksər ölkələrdə 'hündürmərtəbəli binalar', İngiltərə və bəzi Avropa ölkələrində 'qüllə blokları' adlandırılır. Terminlərdə beynəlxalq səviyyədə razılaşdırılmış təriflər yoxdur.

Texnologiyanın inkişafı hündürmərtəbəli binaların dizaynına əhəmiyyətli dərəcədə təsir göstərməyib, lakin onların istifadə  şəraiti yaxşılaşdırılmışdır.

Hündürmərtəbəli binaların ilk görünüşünə nəzərən onların dizaynında və tikintisində zaman keçdikcə dəyişikliklər baş verir. Şüşə, polad və beton konstruksiyalar bu gün məşhur olan beynəlxalq və postmodernist üslubda öz inkişafının sonuna çatmışdır. Hündürmərtəbəli binalar 3 qrupa bölünür.[1]