User:Saddam Cəbrayılov
Cəfərov Musa İsa oğlu (12 dekabr 1921 - 20 Fevral 2001) - Böyük Vətən Müharibəsi iştirakçısı (1940-1946), Azərbaycan Kommunist Partiyasinin Kürdəmir Rayon Komitəsinin birinci katibi (1953-1954, 1961-1963), Kürdəmir Rayon "Nizami" adına kalxozun idarə heyətinin sədri (1963-1976).
Həyatı
[edit]Cəfərov Musa İsa oğlu 12 dekabr 1921-ci ildə Kürdəmir rayonunun Yenikend kəndində anadan olmuşdur. Atası İsa bəy və Güllər xanım İctimai mənşəyinə görə kəndli olmuşlar. Musa ailənin böyük övladı olmuşdur. Onun Lumu və Şəfiqə adlı iki bacısı və Heybət adlı qardaşı dunyaya gəlmişdir.
Musa 1936-cı ildə Kürdəmir rayonunun Yenikənd məktəbinin yeddinci sinifini bitirdikdən sonra təhsilini davam etdirmək üçün Göyçay pedaqoji məktəbinə göndərilmişdir. 1939-cu ildə pedaqoji məktəbi müvəffəqiyətlə bitirdikdən sonra müəllim işləmək üçün Kürdəmir rayonunun Təklə kəndinə göndərilmiş və həmin kənddə məktəb təşkil edərək işə başlamışdır. Burada 6 ay işləyəndən sonra 1940-ci ildə hərbi xidmətə çağırılmışdır. Artıq SSRİ ilə Finlandiya arasinda müharibə gedirdi. 1941-ci il Boyuk Vətən Muharibəsi başlayanda o, Sevestopolda hərbi xidmətdə olmaqla aviasiya məktəbində oxuyurdu. 1943-cü ilin əvvəllində hərbi aviasiya məktəbini bitirib aviamexanik ixtisasına yiyələnərək 995 nömrəli hücumçu aviasiya polku ilə döyüş bölgəsinə göndərilmişdir. Belarusiya, Ukraniya və Pribaltika ölkələrinin, Qərbi Avropa dövlətlərinin faşist Almaniyasının əsarətindən azad olunmasında fəal iştirak etmiş, Budapeşt şəhərinin azad ounmasında göstərdiyi şücaətə görə isə fərləndirici medalla, ümumiliyyətlə, Böyük Vətən müharibəsində iştirakına görə 10 medalla təltif olunmuşdur.
1946-cı ilin yanvar ayında ordudan tərxis edilərək Kürdəmirə qayıtmış və yenidən müəllimlik fəaliyyətinə başlamışdır. Müəllim işləyə-işləyə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun qiyabi şöbəsini bitirmişdir. 1951-ci ilin may ayında Kürdəmir Rayon Partiya Komitəsində parkabinetin müdiri təyin edilmişdir. 1951-1953-cü illərdə respublika iki illik partiya məktəbində partiya təhsili almış və müvəffəqiyyətlə həmin məktəbi bitirmişdir. 1953-cü ildən Kürdəmir Rayon Partiya Komitəsinin katibi seçilmiş və 1954-cü ilin dekabr ayına kimi həmin vəzifədə işləmişdir. 1954-cü ildən Kürdəmir Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş və bu vəzifəni 1959-cu ilə kimi icra etmişdir. 1955-1960-cı illərdə Sov.İKP MK-nin nəzdində Ali Partiya məktəbində qiyabi təhsilini davam etdirmiş və müvəffəqiyyətlə başa vurmuşdur. 1959-cu ilin dekabr ayında Kürdəmir rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmiş və bu vəzifəni 1961-ci ilə kimi icra etmişdir. 1961-ci ildə Azərbaycan Kommunist Partiyası Rayon Komitəsinin birinci katibi seçilmişdir.
Azərbaycan Kommunist Partiyasının XXV qurultayında, 1961-cı ildə Azərbaycan KP MK-nın üzvlüyünə namizəd seçilmisdir.Kürdəmir Rayon Partiya Komitəsinin birici katibi vəzifəsində 1963-cü ilin əvvəlinə kimi çalışmışdır. Kürdəmir rayonunun rəhbər vəzifələrində işləyərkən rayonun sosiyal-iqtisadi inkişafına böyük əmək sərf etmiş, rayon mərkəzində şəhər poloknikasının, rayon xəstəxanasının, inzibati idarə binalarının, sosiyal obyektlərin tikilib istifadəyə verilməsinin təşkilatçısı olmuşdur. Rayonun şimal və cənub hissələrini birləşdirən Qarasu üzərindəki "Musa Körpüsu" adlanan körpünü yenidən bərpa etmiş, bir sıra kəndlərə yolların çəkilməsini təşkil etmişdir.
1963-cü ildə rayonun 5 kəndini- Yenikənd, Dəyirmanlı, Mürtülü, Təklə və Qarabucaq kəndlərini əhatə edən iri təsərrüfata "Nizami" adına idarə heyətinin sədri seçilmışdir və bu vəzifədə 13 il, 1976-cı ilə kimi çalışmışdır. Bu 13 ildə "Nizami" adina kalxoz geri qalmış təsərrüfatlar siyahısından çixaraq rayonun qabaqcıl kalxozuna çevrilmiş, o vaxtlar məşhur olan milyonçu kalxozlar siyahısına daxil olmuşdur. Təsərrüfat rəhbəri seçildiyi ilk günlərdə kalxozun sərəncamında olan torpaq sahəsindən 1000 hektara yaxın əkin sahələri meliorasiya edilmiş, suvarma şəbəkələri yenidən qurulmuş, yeni müasir tipli maşın traktor parkı, heyvandarlıq kompleksi anbar binalari və digər təsərrüfat təyinatlı binalar inşa edilərək istifadəyə verilmişdir. Nəticədə hər il nəzərdə tutulduğundan daha çox gəlir əldə edilmişdir. Bu kəndlərdə bir cox sosiyal problemlərin həllinə şərait yaratmışdır. 13 il ərzində Mürtülü, Qarabucaq və Təklə kəndlərində 8 illik, Yenikənd kəndində orta məktəb binaları, Dəyirmanlı əlavə sinif otaqları və idman zalı, Yenikənd kəndində bütün tələblərə cavab verən kənd xəstəxanası və ayrıca "Doğum evi" tikilmişdir. 4 km uzunluğunda kənd yoluna asfalt örtük verilmiş, kəndlərə təbii qaz çəkilmiş, müasir avtomat telefon stansiyası işə salınmış, kitabxana, hamam və digər məişət binaları tikilib kənd zəhmətkeşlərinin ixtiyarına verilmişdir.
Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə abidə kompleksi ucaldilmiş, uşaq baxçasinda işləyənlər üçün lazimi şərait yaradılmışdır. Bu illərdə kalxozçuların illik gəlirləri bir neçə dəfə artmış, kəndlərdə tikilən yeni yaşayış evləri kəndin libasına dəyişmişdir.
Bu xidmətlərinə görə o, dövlət tərəfindən 1970-ci ildə, 1973-cü ildə, 1074-cü ildə "Fədakar əməyinə görə", "Sosializm yarışında qalib gəldiyinə görə" medalları ilə təltif olunmuşdur. 14 Fevral 1975-ci il tarixli fərmanı ilə Musa İsa oğlu Cəfərov "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.
1976-cı ildən 1990-ci ilə qədər Kürdəmir rayonu üzrə kənd təsərrüfatı məshullarının tədarükü və keyfiyyəti üzrə dövlət müfəttişi işləmişdir. 1990-cı ildən ömrünün axirina kimi təqüddə olmuşdur. Buna baxmayaraq rayonun ictimai -siyasi həyatında fəal iştirak etmiş, Böyük Vətən müharibəsi veteranları rayon Şurasının sədr müavini olmaqla gənclərin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında yaxından iştirak etmişdir. 1944-cü ildən ömrünün sonuna kimi Sov. IKP-nin üzvü olmuşdur.
Ailəsi
[edit]Həyat yoldaşı Cəfərova (Musayeva) Şəfiqə Əlisgəndər qızı ibtidai sinif müəllimidir. 46 il rayon məktəblərində 3000 nəfərə yaxın şagirdə ana dilində yazmağı və oxumağı öyrətmişdir. Əmək fəaliyyətinə görə 1946-cı ildə, 1965-ci ildə və 1970-ci ildə "SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı", 1974-cü ildə və 1979-cu ildə "İttifaq" medalları ilə təltif olunmuşdur. Musa Cəfərovun 6 övladı var. Onlar da rayonun ictimai-siyasi həyatında valideynlərinin yolunu davam etdirirlər.
Böyük oğlu Rasim Politexnik İnstitutunu bitirmiş, rayonun bir sira təşkilatlarında mühəndis, mexanik vəzifələrində işləmiş, böyük sənaye müəssisələrindən olan "Pambıq zavodu" - nun tikilib istifadəyə verilməsində birbaşa təşkilatlarından biri olmuşdur.
Ortancıl oğlu Ramiz atasinin yolunu davat etdirərək rayon Komsomol və Partiya komitələrində, Rayon XDS İcraiyyə komitəsində, Rayon Maliyyə Şöbəsində və Rayon İcra Hakimiyətində rəhbər vəzifələrində işləmişdir. Xalq Təsərrüfatı İnstitutunu, Baki Ali Partiya mərtəbini və Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu bitirmişdir. Hal-hazirda Kürdəmir rayonunda hüquqşunas kimi fəaliyyətini davam etdirir və rayonun ictimai-siyasi həyatinda yaxından iştirak edir.
Kiçik oğlu Rauf Xalq Təsərrufatı İnstitutunu bitirmiş, rayonun ticarət və iaşə təşkilatlarının rəhbərliyində çalışmışdır.
Üç qızının hamisi ali təhsilli müəllimdir. Gülşən və Natəvan Azərbaycan Pedaqoji İnstitutunu, Təranə isə M.F. Axunov adına Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişlər.
Musa İsa oğlu Cəfərov 2001-ci ilin fevral ayının 20-də dünyasını dəyişmişdir.
Təhsili
[edit]- M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutu (1946)
- Respublika Partiya məktəbi (1951-1953)
- Sov.İKP MK-nin nəzdində Ali Partiya məktəbi(1955-1960)
Mükafatları
[edit]Musa Cəfərov Böyük Vətən müharibəsində iştirakına görə 10 medalla təltif olunmuşdur.
- "Fədakar əməyinə görə" və "Sosializm yarışında qalib gəldiyinə görə" (1970, 1973 və 1074)
- "Şərəf nişanı" (1975)
- "SSRİ Ali Sovet Rəyasət Heyətinin fərmanı" (1946, 1965, 1970)
- "İttifaq" (1974, 1979)
Istinadlar
[edit]- Rəşid Fərəcov "Kürdəmir Salnaməsi" (2006)