Jump to content

User:Məktəbəqədər və ibtidai təhsil jurnalı

From Wikipedia, the free encyclopedia

MƏKTƏBƏQƏDƏR və İBTİDAİ TƏHSİL

[edit]

Elmi-metodik jurnal. 1970-ci ildən «Azərbaycan məktəbi» jurnalına əlavə kimi nəşr olunur. Jurnal 2000-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşri kimi fəaliyyətini davam etdirir.


ISSN 2709-247X (Print) lSSN 2709-2488 (Online)

[edit]

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Ədliyyə Nazirliyində «İbtidai məktəb və məktəbəqədər tərbiyə» adı ilə dövlət qeydiyyatına alınmışdır. Qeydiyyat şəhadətnaməsi № 544. 2009-cu ildə jurnalın adı dəyişilərək «Məktəbəqədər və ibtidai təhsil» adlandırılmışdır (AR Ədliyyə Nazirliyinin 11/648 №-li, 20.05.2009-cu il tarixli məktubu).


«Məktəbəqədər və ibtidai təhsil» jurnalı məktəbəqədər və ibtidai təhsil sahəsində elmi-nəzəri məqalələrin, müasir dövrün tələblərinə uyğun milli və xarici təcrübəni praktik və nəzəri baxımdan əks etdirən araşdırma materiallarının nəşrini həyata keçirir. Jurnalda təlimin məzmununu, tərbiyəçi və müəllimlərin, psixoloq və defektoloqların pedaqoji təcrübəsini ümumiləşdirən məqalələrə yer verilir. Müasir təlim texnologiyalarının, pedaqoji innovasiyaların təbliği, ailə-məktəb, müəllim-şagird, tərbiyəçi-uşaq münasibətlərinin pedaqoji-psixoloji aspektlərini əks etdirən yazıların dərci jurnalda daim diqqət mərkəzində saxlanılır. Məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc olunur. Müəlliflərin şəxsi maraqlarını əks etdirən, elmi-metodiki nəticəsi olmayan məqalələr qəbul edilmir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlər sırasındadır.

JURNALIN TARİXİ

[edit]

Elmi-pedaqoji prosesin effektivliyini yüksəltmək məqsədi ilə yeni məcmuələrin yaranmasına hər zaman ciddi ehtiyac olmuşdur. 1970-ci ilə qədər məktəbəqədər və ibtidai təhsil haqqında, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca elmi-metodik jurnalın nəşrinə ehtiyac var idi. Buna görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə 1970-ci ilin fevral ayında "Azərbaycan məktəbi" jurnalına əlavə olaraq "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalı çap olunmağa başladı. Həcmi 6 çap vərəqi olan və ildə 6 dəfə dərc edilən bu məcmuənin ilk baş redaktoru pedaqogika elmləri doktoru, professor Yəhya Kərimov oldu. Jurnal ildə 25–28 min tirajla çap olunurdu. Jurnalın səhifələrində görkəmli maarifpərvərlər, elm və incəsənət xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Həsən bəy Zərdabi, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında verilmiş yazılar müəllim və tərbiyəçiləri təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin görkəmli şəxsiyyətləri ilə tanış edir. 2000-ci ildə "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının 30 illik yubileyindən sonra o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri kimi fəaliyyətini davam etdirdi və 2009-cu ildə jurnalın adı dəyişdirilərək "Məktəbəqədər və ibtidai təhsil" adlandırıldı.