User:Lodzdeena/ABŞ tarixi 2
Kolumbaqədərki dövr Amerika qitəsinin tarixində Üst Paleolit dövründə Amerikada ibtidai insanların məskunlaşmasından Xristofor Kolumbun 1492-ci ildə səyahəti ilə başlayan Avropa müstəmləkəçiliyinə qədər davam edir. Bu dövr əsasən avropalıların təsirinə məruz qalana qədər yerli mədəniyyətlərin tarixini əhatə edir. Bu bəzi mədəniyyətlər üçün Kolumbdan on illər, hətta yüz illər sonra baş vermiş ola bilər.
Kolumbaqədərki sivilzasiyaların bir çoxunda daimi yaşayış yerləri, şəhərlər, kənd təsərrüfatı, mülki və monumental memarlıq, böyük torpaq işləri və qarışıq iyerarxiyalar var idi. Bu sivilzasiyalardan bəziləri iki qalıcı Avropa koloniyaları qurulanda (təqribən XVI əsrin sonları – XVII əsrin əvvəlləri) çoxdan məhv olmuşdu. Onlar sadəcə arxeoloji tədqiqatlar və şifahi tarix yolu ilə bilinirdi. Digər sivilizasiyalar müstəmləkə dövrü ilə yaşıd idi və o dövrün Avropa tarixi hesablarında təsvir edilmişdir. Mayya sivilzasiyası və bir sıra digərlərinə aid yazılı mənbələr vardır. Lakin həmin dövrün bir çox xristian avropalısı belə yazıları paqan kimi gördüyünə görə Diego de Landa kimi şəxslər yerli tarixlərini qorumaq üçün bunları yandırmışdır. Sadəcə bir neçə məxfi sənəd orijinal dillərində bizə gəlib çatmışdır. Digərləri isə ispan dilinə tərcümə edilmiş və ya diktə edilmişdir.
Tarixşünaslıq
[edit]Arxeologiyanın XIX əsrdə inkişaf etməsindən əvvəl Kolumbaqədərki dövrün tarixçiləri əsasən avropalı kəşfçilərin yazılarını və qədim avropalı səyyahların və antikvarların hekayələrini şərh etmişdir. XIX əsrə qədər John Lloyd Stephens, Eduard Seler və Alfred Maudslay kimilərin işləri və Harvard Universiteti Peabody Arxeologiya və Etnologiya muzeyi kimi qurumlar qədim Avropa mənbələrinin yenidən nəzərdən keçirilməsinə və tənqid edilməsinə yol açmamışdır. Artıq Kolumbaqədərki sivilzasiyalarla bağlı elmi işlər əsasən elmi və çox disiplinli metodologiyalara əsaslanır.
Genetika
[edit]Yerli genetika ilə ən çox əlaqəli olan haploqrup Q1a3a (Y-DNT) Haploqrupudur. Tədqiqatçılar Q1a3a haploqrupunun ən azı e.ə. 18.000-ci ildən bəri Cənubi Amerikada olduğuna dair genetik sübutlar tapıblar. Y-DNT mtDNT kimi, digər nüvə xromosomlarından onunla fərqlənir ki, Y xromosomunun əksəriyyəti unikaldır və meioz zamanı rekombinasiya olunmur. Bu, mutasiyaların tarixi modelinin asanlıqla öyrənilməsinə təsir edir. Nümunə göstərir ki, yerli xalqlar iki çox fərqli genetik epizod keçirmişlər: birincisi Amerika qitəsinin ilkin əhalisi, ikincisi Amerika qitəsinin Avropa koloniyası ilə. Birincisi, bugünkü Yerli populyasiyalarda mövcud olan gen nəsillərinin və əsas haplotiplərin sayı üçün müəyyənedici amildir. Amerika qitəsində insanların məskunlaşması Beringia dənizi sahil zolağından mərhələlərlə baş verdi, ilkin olaraq 20.000 illik Beringiada əsas əhali üçün yerləşmə ilə. Cənubi Amerikaya xas olan Y nəslinin mikro-peyk müxtəlifliyi və paylanması göstərir ki, regionun ilkin müstəmləkələşməsindən bəri müəyyən Amerika populyasiyaları təcrid olunub. Na-Dené, Inuit və Yerli Alyaska populyasiyaları haploqrup Q-M242 (Y-DNT) mutasiyalarını nümayiş etdirirlər və müxtəlif mtDNT mutasiyaları ilə digər yerli xalqlardan fərqlidirlər. Bu onu göstərir ki, Şimali Amerikanın və Qrenlandiyanın şimal ucqarlarına ilk miqrantlar sonrakı əhalidən qaynaqlanır.
Amerika qitəsində məskunlaşma
[edit]Asiyalı köçəri paleo-hinduların Amerikaya Bering quru körpüsü (Beringia) hazırkı adı ilə Bering boğazı vasitəsilə və çox güman ki, sahil xətti boyunca girdikləri düşünülür. Yerli xalqların ana tərəfindən miras qalmış mitoxondrial DNT-də (mtDNT) tapılan genetik sübutlar Asiyadan köç edən çoxsaylı genetik populyasiyalar nəzəriyyəsini dəstəkləyir. Quru körpüsünü keçdikdən sonra onlar Sakit okean sahili ilə və daxili buzsuz dəhlizlə cənuba doğru irəlilədilər. Minilliklər boyu paleo-hindular Şimali və Cənubi Amerikanın qalan hissəsinə yayıldılar.
Amerika qitəsinə ilk insanların nə vaxt köç etdiyi çox müzakirə olunan mövzudur. Ən erkən müəyyən edilə bilən mədəniyyətlərdən biri təxminən 13.000 il əvvələ aid yaşayış məntəqələri ilə Clovis mədəniyyəti idi. Buna baxmayaraq 20.000 il əvvələ aid qədim yaşayış məntəqələri iddia edilib. Bəzi genetik tədqiqatlar Amerika qitəsinin kolonizasiyasının 40.000 ilə 13.000 il əvvələ aid olduğunu təxmin edir. Miqrasiya modellərinin xronologiyası hazırda iki ümumi yanaşmaya bölünür. Bunlardan birincisi Alyaskadan Amerikaya ilk köçlərin 14.000-17.000 ildən daha əvvəl baş vermədiyi və bunu bir-birinin ardınca gələn köç dalğalarının "qısa xronologiya nəzəriyyəsidir". İkincisi isə ilk insan qrupunun yarımkürəyə çox daha qədim tarixdə, çox güman ki, 50.000-40.000 il əvvəl və ya daha əvvəl gəldiyini irəli sürən "uzun xronologiya nəzəriyyəsidir".
Həm Şimali, həm də Cənubi Amerikada 14.000 il əvvəllə aid əsərlər tapılmışdır. Bu səbəbdən insanların bu tarixdə Cənubi Amerikanın cənub ucundakı Horn burnuna çatmış olduqları irəli sürülmüşdür. Bu halda İnuitlər ayrıca və çox daha qədim tarixdə, çox güman ki, ən çoxu 2.000 il əvvəl Sibirdən Alyaskaya buzun üstü ilə hərəkət edərək gəlmiş olmalıdır.