Jump to content

User:Lodzdeena/Əfqanıstan tarixi

From Wikipedia, the free encyclopedia

Əfqanıstanın 1823-cü ildə Əfqanıstan əmirliyinin qurulmasından əvvəlki tarixi qonşu İran, Mərkəzi Asiya və Hind alt qitəsi ilə oxşardır. Sadozai monarxiyası müasir Əfqanıstanın qurucu dövləti qəbul edilən Durrani imperiyasını idarə etmişdir.

Əfqanıstanda ilk insan məskunlaşması Orta Paleolit dövrünə gedib çıxır. Ölkənin İpək yolu üzərində yerləşməsi ilə strateji məkanı "qədim dünyanın qovşağı" adlandırılmasına səbəb olmuşdur. Ölkədə çox sayda müxtəlif xalqlar mövcud olmuşdur. O, farslar, Makedoniyalı İskəndər, Mauriya imperiyası, müsəlman ərəblər, moğollar, ingilislər, SSRİ və ən sonda ABŞ liderliyindəki koalisiya tərəfindən edilənlər də daxil olmaqla çox sayda hərbi səfərə şahid olmuşdur. Həm hind, həm də fars mədəniyyətlərindəki fərqli fəthlər və dövrlər bölgəni tarix boyunca buddizm, hinduizm, zərdüştlük və daha sonra islam üçün mərkəzə çevirmişdir.

Durrani imperiyası müasir Əfqanıstan milli dövlətinin bünövrəsi hesab edilir. Əhməd şah Durrani dövlətin atası kimi tanınır. Lakin Dost Məhəmməd xan bəzən ilk müasir əfqan dövlətinin qurucusu qəbul edilir. Durrani imperiyasının geriləməsi, Əhməd şah Durrani və Timur şahın ölümündən sonra Herat, Qəndəhar və Kabul daxil bir çox müstəqil krallığa parçalandı. Əfqanıstan 1793-cü ildən 1863-cü ilə qədər davam etmiş yetmiş illik vətəndaş müharibəsindən sonra XIX əsrdə Dost Məhəmməd xanın 1823-cü ildən 1863-cü ilə qədər Kabul əmirliyi altında Əfqanıstanın müstəqil bəyliklərini fəth etdiyi birləşmə müharibələri ilə yenidən birləşəcəkdi. Dost Məhəmməd Əfqanıstanı birləşdirmək üçün getdiyi son səfərdən bir neçə gün sonra 1863-cü ildə öldü. Beləliklə Əfqanıstanda xəlifələri arasında gedən münaqişələr nəticəsində yenidən vətəndaş müharibəsi başladı. Bu müddət ərzində Əfqanıstan Cənubi Asiyadakı Britaniya Racı ilə Rusiya imperiyası arasındakı Böyük oyunda bufer dövlətə çevrildi. Britaniya Racı Əfqanıstanı məğlub etmək istəmişdi, lakin I İngilis-əfqan müharibəsində geri qaytarılmışdılar. Lakin II İngilis-əfqan müharibəsində ingilislər qələbə qazanmışdır. Beləcə Əfqanıstan üzərində ingilis siyasi təsirini uğurlu şəkildə qurmuşdurlar. 1919-cu ildə III İngilis-əfqan müharibəsindən sonra Əfqanıstan xarici siyasi hegemonluqdan xilas oldu və 1926-cı ilin iyun ayında Əmənullah xanın hakimiyyətində müstəqil Əfqanıstan krallığı kimi yenidən bərpa edildi. Bu monarxiya 1973-cü ildə Zahir şahın hakimiyyətdən salınması və ardınca Əfqanıstan Respublikasının qurulmasına qədər təxminən yarım əsr hakimiyyətdə qalmışdır.

1970-ci illərin sonlarından indiyə kimi Əfqanıstanın tarixində dövlət çevrilişləri, işğallar, üsyanlar və vətəndaş müharibələri də daxil olmaqla geniş əhatəli müharibələr hakim olmuşdur. Konfliktlər 1978-ci ildə kommunist inqilabın sosialist dövlət qurması ilə başladı və ardınca davam edən münaqişələr SSRİ-nin 1979-cu ildə Əfqanıstanı işğal etməsinə səbəb oldu. Mücahidlər Sovet-əfqan müharibəsində SSRİ-yə qarşı döyüşdü və SSRİ-nin 1989-cu ildə geri çəkilməsinin ardınca öz aralarında müharibə etməyə başladılar. İslam fundamentalist Taliban 1996-cı ilə qədər ölkənin çox hissəsini idarə etdi. Lakin Əfqanıstan İslam Əmriliyi 2001-ci ildə ABŞ-nin Əfqanıstanı işğal etməsi ilə ləğv olduqdan əvvəl çox az beynəlxalq tanınma əldə etdi. Taliban Kabulu tutub Əfqanıstan İslam Respublikası hökumətini devirdikdən sonra 2021-ci ildə yenidən iqtidara qayıtdı. Beləliklə 2001-2021-ci illər müharibəsinə son verdi. İlk başlarda ölkə üçün əhatəli hökumət quracağını iddia etməsinə baxmayaraq 2021-ci ilin sentyabr ayında Taliban sırf öz üzvlərindən təşkil olunan müvəqqəti hökumət vasitəsilə Əfqanıstan İslam Əmirliyini yenidən qurdu. Taliban hökuməti beynəlxalq sferada tanınmamağa davam edir.

İbtidai dövr

[edit]
Əfqanıstanın şimalındakı Badqis vilayətində əfqan köçərilərin çadırları. İlk kəndli əkinçilər Əfqanıstanda təqribən 7.000 il əvvəl ortaya çıxmışdır.

Louis Dupree və digərlərinin 1966-cı ildə Darra Kurda apardığı və 800 daş alətdən əlavə bir neandertalın sağ gicgah sümüyünün parçasını tapdığı ibtidai dövrə aid qazıntılar ibtidai insanların ən azı 52.000 il əvvəl hazırkı Əfqanıstanda yaşadığını göstərir. Kara Kamar adlı mağarada karbon-14 ilə 34.000 il əvvələ aid olduğu müəyyən edilən Üst Paleolit dövrünə aid bıçaqlar tapılmışdır. Əfqanıstandakı əkiçilik icmaları dünyanın ən qədim icmaları arasındadır. Əsərlər yerli xalqın kiçik fermerlər və çobanlar olduğunu, böyük ehtimalla qəbilələr halında qruplaşdığını və dövrlər boyunca kiçik yerli krallıqların yüksəlib düşdüyünü göstərir. Erkən şəhərlər e.ə. 3000-ci illərdə yaranmağa başlamışdır. Qəndhara Vedik dövrdən qalmış qədim krallığın və Hinduquş və Süleyman dağları arasında yerləşən paytaxtın adıdır. Lakin müasir dövrdəki Qəndahar ilə qədim Qəndhara coğrafi cəhətdən eyni deyildir.

E.ə. 3000-ci illər civarında ibtidai insanların mədəniyyət və ticarət vasitəsilə Jiroft və Tappeh Sialk kimi qonşu sivilzasiyalara və Hind vadisi sivilzasiyalarına bağlanmış olması ehtimal edilir. Erkən şəhərlər e.ə. 3000-ci ildə başlamışdır. Erkən Mundiqak şəhərinin (Qəndəhar yaxınlığında) Helmand mədəniyyətinin parçası olması mümkündür. Məlum olan ilk insanlar hind-farslardır, lakin gəlmə tarixləri təqribi e.ə. 3000 - e.ə.1500-ci illər arasında təxmin edilir.

Hind vadisi sivilzasiyası

[edit]

Hind vadisi sivilzasiyası müasir şimal-qərbi Pakistandan müasir şimal-qərbi Hindistana və müasir şimal-şərqi Əfqanıstana qədər uzanan Tunc dövrü sivilzasiyası idi. Şimali Əfqanıstandakı Şortuqayda Oxus çayı üzərində Hind vadisinə aid ticarət koloniyası tapılmışdır. Şortuqaydan başqa Mundiqak da məlum olan digər bir yerdir. Əfqanıstanda Hind vadisi sivilzasiyasına aid başqa kiçik məntəqələr də yerləşir.

Baktria-Margiyana

[edit]

Baktriya-Margiyana Arxeoloji Kompleksi e.ə. 2200-1700-cü illərdə (təxminən) görkəmli hala gəldi. Bəlx (Bəqtra) şəhəri təxminən bu dövrdə (e.ə. 2000-1500-cü illərdə) qurulmuşdur.

Qədim dövr (t. e.ə. 1500 – e.ə. 250)

[edit]
Qəndhara və Kamboca krallıqları ilə qərbdəki Əhəmənilər imperiyasını da əhatə edən Mahacanadapa, təqribən e.ə. 500-cü il.

Qəndhara krallığı (t. e.ə. 1500 – e.ə. 535)

[edit]

Qəndhara bölgəsi Peşəvar vadisi və Svat çayı vadisi ətrafında mərkəzləşmiş olsa da, "Böyük Qəndhara"nın mədəni təsiri Hind çayı boyunca Potohar platasındakı Taxila bölgəsinə və qərbə doğru Əfqanıstandakı Kabul və Bamiyan vadilərinə və şimala doğru Karakoram dağlarına qədər uzanır.

E.ə. VI əsrdə Qəndhara şimal-qərbi Cənubi Asiyada mühüm imperiyaya çevrilmişdi. E.ə. 550-ci il civarında hakimiyyətdə olan Qəndhara kralı Pukkusati yüksəlməkdə olan Avantinin kralı Pradyota ilə mübarizəyə girdi. Pukkuşati bu mübarizədə qalib oldu.

E.ə. VI əsrin sonlarında Əhəmənilər imperiyasının qurucusu II Kir Midya, Lidya və Babili fəth etdikdən sonra Qəndharaya yürüş etdi və buranı imperiyasının tərkibinə qatdı.

Qəndahara krallığı Erkən Vedik dövründə, təqribən e.ə. 1500-cü il.

Kamboca krallığı (t. e.ə. 700 – e.ə. 200)

[edit]

Kambocalar Mərkəzi Asiyanı işğal edən Makedoniyalı İskəndər ilə müharibəyə başladılar. İskəndər Əhəmənilər imperiyasını ələ keçirdikdən sonra hazırkı şərqi Əfqanıstan və qərbi Pakistana hücum etdi. Burada Kamboca Aspasioi və Assakenoi qəbilələri ona qarşı gəldi.

Kambocaların nəvələri əsasən assimlasiya olmuşdur. Lakin hazırda hələ də atalarının adlarını qoruyub saxlayan bəzi qəbilələr qalmışdır. Kamboca ölkəsinin adı Kamboca krallığından götürülmüşdür.

Əhəmənilər imperiyası

[edit]

Əfqanıstan fars kralı I Dara tərəfindən fəth edildikdən sonra Əhəmənilər imperiyasının əlinə keçmişdir. Bölgə hər biri vali və ya satrap tərəfindən idarə edilən satraplıq adlandırılan bir neçə əyalətə bölünmüşdür.

Müasir Əfqanıstana aid olan ərazinin çox hissəsi Əhəmənilər imperiyasına tabe idi.
Araxosiya, Ariya və Baktriya e.ə. 500-cü ildə indiki Əfqanıstan ərazisinin çox hissəsini təşkil edən Əhəmənilər imperiyasının qədim satraplıqları idi.

İskəndər və Selevki

[edit]

Makedoniyalı İskəndər Qavqamela döyüşündə III Daranı məğlub etdikdən sonra e.ə. 330-cu ildə Əfqanıstana gəldi. Əfqanlar ordusuna qarşı gəldi. Onun Əfqanıstan "girməsinin asan, çıxmasının çətin" olduğu deyilir. Əfqanıstan səfəri qısa olsa da İskəndər arxasında bir neçə əsr davam edən Helen mədəni təsirini buraxmışdır. Bölgədə "İskəndəriyə" adı verilən bir neçə böyük şəhər inşa edilmişdir. İskəndərin ölümündən sonra imperiya bir neçə yerə parçalandı. İskəndərin səfəri vaxtı Makedoniya əsgəri olan Selevki müasir Əfqanıstanı da əhatə edən Selevki imperiyasını qurdu.

Cənubi Asiyada Makedoniya imperiyası.
İskəndərin qoşunları Hindistandan evə qayıtmaq üçün yalvarır, Florensiyalı Antonio Tempesta, 1608-ci il.

Mauriya imperiyası

[edit]

Bölgə Çandraqupta Mauriya tərəfindən idarə edilən Mauriya imperiyasının əlinə keçdi. Mauriyalılar bölgəyə buddizmi gətirdilər. Şimal-qərbdə gücünü artıran Çandraqupta şərqə, yəni Nanda imperiyasına doğru irəlilədi.

Klassik dövr (t. e.ə. 250 – e. 565)

[edit]
Yunan-Baktriya padşahlığının təqribən e.ə. 180-ci illərində, o cümlədən qərbdə Tapuriya və Traksiya, şimalda Soqdiana və Fərqanə, cənubda Baktriya və Araxosiya bölgələri

Yunan-Baktriya padşahlığı

[edit]

Yunan-Baktriya padşahlığı ellinist padşahlıq idi. Baktriya satrapı I Diodotun e.ə. 250-ci il civarında Selevki imperiyasından ayrılması ilə quruldu.

Yunan-Baktriya padşahlığı I Evkratidin oğlu kral I Helioklun şərqdən gəlmiş yueçji qəbilələri tərəfindən məğlub edilib e.ə. 130-cü ildə Baktriyadan sürgün edilənə qədər mövcud olmuşdur. yueçjilər Baktriyanı tamamilə işğal etdilər. Evkratidin xanədanlığının kral Hermaeusun da e.ə. 70-ci ildə yueçjilər tərəfibdən məğlub edilməsinə qədər Kabul və Qafqazın İskəndəriyyə bölgəsində hökm sürməyə davam etdiyi düşünülür.

Hind-yunan krallığı

[edit]

I Demetrinin xəlifələrindən biri olan I Menander e.ə. 165-130-cu illər aralığında Hind-yunan krallığını yüksəltmiş, Əfqanıstan və Pakistandakı krallığı Demetridən belə daha böyük genişləndirmişdir. Menanderin ölümündən sonra hind-yunanlar getdikcə gerilədi və sonuncu hind-yunan kralları (II Strato və III Strato) e. təxminən 10-cu ilində məğlub oldu. Hind-yunan krallığını Hind-skiflər əvəz etdi.

Hind-skiflər

[edit]
Brahma (solda) və Sakra (sağda) tərəfindən əhatə olunmuş Bimaran tabutu. İçində Azes sikkələri olan stupanın içində tapılmışdır. Britaniya muzeyi.

Hind-skiflər e.ə. II əsrin ortalarından e.ə. I əsrə qədər Sibirdən Pakistan və Araxoziyaya köçmüş sakaların (skiflər) nəslindən idi. Hind-yunanların yerini almış və Qəndharadan Mathuraya qədər uzanan krallığı idarə etmişdilər. Saka hökmdarlarının gücü skiflərin Cənubi Hindistan imperatoru Qautaimputra Satakarni tərəfindən məğlub edilməsindən sonra e. II əsrində azalmağa başladı. Daha sonra Saka krallığı IV əsrdə Qupta imperiyasından II Çandraqupta tərəfindən tamamilə dağıdıldı.

Hind-parfiyalılar

[edit]

Hind-Parfiya krallığı adını ilk hökmdarı Qondofaresdən götürən Qondofarid xanədanlığı tərəfindən idarə edilmişdir. E. I əsrində hazırkı Əfqanıstan, Pakistan və şimali-qərbi Hindistanın bəzi bölgələrini idarə etmişdirlər. Əsasən iqamətgah olaraq Taxilanı (Pakistanın hazırkı Pəncap bölgəsi) seçdilər. Lakin son illərində paytaxt Kabul və Peşavər arasında dəyişdi.

Kuşan dövləti

[edit]

Sasanilər imperiyası

[edit]

Huna

[edit]
Hind-Parfiya sikkələri də daxil olmaqla Qəndhara Buddist emalatxanası, I əsr.

Kidarlar

[edit]

Alxonlar

[edit]

Eftalitlər

[edit]

Ağ hunlar

[edit]

Nezaklar

[edit]

Orta əsrlər (565 – 1504)

[edit]

Kabul şahlığı

[edit]

İslam fəthi

[edit]

Qəznəvilər

[edit]

Qurilər

[edit]

Monqol işğalı

[edit]

Teymurilər

[edit]

Yeni dövr (1504 – 1973)

[edit]

Moğallar, özbəklər və Səfəvilər

[edit]

Hotak sülaləsi

[edit]

Əfşarlar işğalı və Durrani imperiyası

[edit]

Bərakazi sülaləsi və Britaniya təsiri

[edit]

Əmənullah xanın islahatları və vətəndaş müharibəsi

[edit]

Nadir xan və Zahir xanın hakimiyyətləri

[edit]

Müasir dövr (1973-cü ildən)

[edit]

Əfqanıstan Respublikası və monarxiyanın sonu

[edit]

Demokratik respublika və sovet müharibəsi

[edit]

Xarici müdaxilə və vətəndaş müharibəsi (1989–1996)

[edit]

Taliban və birləşmiş cəbhə (1996–2001)

[edit]

NATO-nun mövcudluğu, Fövqəladə Loya Jirga, Talibanın ələ keçirilməsi və Pəncşir üsyanı

[edit]