Jump to content

User:Ismayillinski/sandbox/Camping Azerbaijan

From Wikipedia, the free encyclopedia

Camping Azerbaijan - Ekoturizm və sosial layihələr həyata keçirən şirkət. Cavid Qara tərəfindən 2014-cü il 14 Sentyabrda əsası qoyulub. Şirkət hal-hazırda Məhdud Məsuliyyətli Cəmiyyət statusu ilə fəaliyyət göstərir.

Fəaliyyəti

[edit]

Yarandıqdan sonrakı ilk dövrdə əsasən Quba, Qusar və İsmayıllı rayonları ərazisində ekoturizm fəaliyyəti göstərən şirkət komandanın böyüməsi və yeni ərazilərin kəşf olunması ilə fəaliyyət ərazisini genişləndirərək ölkə daxilində Şabran, Qəbələ, Oğuz, Qax, Şəmkir, Lerik, Astara, Lənkəran rayonlarını və Gürcüstan ərazisində Laqodexi bölgəsini əhatə etməyə başladı. Şirkət ictimai və özəl qruplar üçün ekoturlar təşkil edir. Təbiət turlarından əlavə Böyük Qafqaz Dağlarına aid Babadağ (3629 m), Xınalıq (3713 m), Qızılqaya (3723 m) zirvələrinə mövsümi turlar təşkil olunur.

Şirkətin sosial layihələrin həyata keçirilməsi üçün "Kəndabad", ekoloji layihələrin, tədbirlərin təşkil olunması və ekoloji problemlərin ictimailəşdirilməsi üçün isə "Ecofront" adlı qolları mövcuddur.

Sosial layihələr

[edit]

"Şaxta Baba Ucqar Kəndlərdə"

2015-ci ilin Dekabr ayında 3 nəfər könüllü - Cavid Qara, Zaur Mirzəyev və Toğrul Cəfərov Bakıda insanlardan toplanmış hədiyyələri 7 gün ərzində Quba və Qusarın 15 kəndində 225 uşağa çatdıraraq şəhər və kənd insanları arasında mənəvi əlaqə qurmasına, uşaqların sevinməsinə, onların "Şaxta Baba" xəyallarının gerçəkləşməsinə səbəb oldu.

2016-cı ildə isə komanda böyüyərək 6 nəfərə çatdı (Cavid Qara, Elvin Məmmədsoy, Tural Ömərov, Azad Cahangirov, Toğrul Cəfərov və Elmar Əzimli) və bu dəfə komanda 10 gün ərzində Quba və Qusarın dağlıq ərazilərində 100 km yol qət edərək 14 kənddə 384 uşağa hədiyyə çatdırdı.

2017-ci ildə daha çox uşağı "Şaxta Baba" ilə görüşdürmək üçün 2 komanda ilə yola çıxıldı. 1-ci komanda (Elvin Məmmədsoy, Tural Ömərov, Şahin Qarayev, Toğrul Cəfərov və Elşən Baba) əvvəlki illərdə gedilmiş kəndlərə baş çəkdi. 2-ci komanda isə (Cavid Qara, Emil Şirinli, Azad Cahangirov, Lucy Wallwork, Rüstəm Məhərrəmov və Qoşqar) Qubanın cənub-şərq istiqamətində hərəkət etdi və iki qrup ümumilikdə 10 gün ərzində 23 kənddə 741 uşağa yeni il hədiyyəsi çatdırdı.


"Mən Bakıda Olmuşam"

2017-ci ilin Aprelində Quba rayon mərkəzindən 72 km məsafədə yerləşən Xaltan kəndindən 15 nəfər məktəbli üçün Bakıya 3 günlük ekskursiya təşkil edildi. Təhsil Nazirliyi tərəfindən də dəstəklənən bu layihədə uşaqlar Bakının tarixi yerlərini, muzeyləri, parkları gəzərək yalnız televiziyada gördükləri şəhərlə əyani tanış oldular.


"Məktəb Avtobusu Ucqar Kəndlərdə"

Bu layihə şirkət tərəfindən maliyyələşdirilməyə başlasa da, daha sonra insanların ianələri hesabına fəaliyyət göstərməyə davam etdi. 2016-2017 tədris ilində Quba, Qusar və İsmayıllı rayonlarında 4 istiqamət üzrə "Məktəb Avtobusu" 37 uşağa xidmət etdi.

2018-ci il Sentyabrdan etibarən bu 3 rayonda 3 istiqamət üzrə nəqliyyat fəaliyyət göstərməkdədir.


References

[edit]

https://www.facebook.com/campingazerbaijan2014/

[edit]