Draft:Qlobal İstiləşmə və Qütb Ayıları
Submission declined on 7 November 2024 by Qcne (talk). This is the English language Wikipedia; we can only accept articles written in the English language. Please provide a high-quality English language translation of your submission. Have you visited the Wikipedia home page? You can probably find a version of Wikipedia in your language.
Where to get help
How to improve a draft
You can also browse Wikipedia:Featured articles and Wikipedia:Good articles to find examples of Wikipedia's best writing on topics similar to your proposed article. Improving your odds of a speedy review To improve your odds of a faster review, tag your draft with relevant WikiProject tags using the button below. This will let reviewers know a new draft has been submitted in their area of interest. For instance, if you wrote about a female astronomer, you would want to add the Biography, Astronomy, and Women scientists tags. Editor resources
|
Qlobal İstiləşmə və Qütb Ayıları
[edit]Qlobal istiləşmə ümumbəşəri bir problemdir. Bütün canlılar müxtəlif dərəcədə və müxtəlif zaman fərqi ilə "Qlobal istiləşmə"-dən əziyyət çəkməkdədir. Tez-tez Qlobal istiləşmə ilə əlaqədar raporlarda, məqalələrdə və manşetlərdə dərc olunan yazıların əsas qapağında yalnız buz üzərində dayanan ayı görünməkdədir. Ayılar artıq bir simvola çevrilib demək heç də yalan olmazdı.[1]
Ön başlıqdan da aydın olduğu kimi artıq konsensus hər kəsə aydın oldu. Qısaca olaraq əriyən buzlaqlar və bununla da həyatını və evini itirən ayılar. Bütün heyvanlar kimi qütb ayılarında da ətraf mühitə adaptasiya vardır. Lakin dəyişikliklər sürətli baş verdikcə heç bir canlı bu adaptasiyanı izləyə bilmir.
Qütb ayıları və buzlaqların itirilməsi.
[edit]Qütb ayıları həyatının bütün vacib aspektlərini(ov, cütləşmə, istirahət) buzun üzərində keçirirlər. Qütb ayıları həmçinin yaxşı üzücüdürlərdə, lakin qeyd etmək lazımdır ki, dəniz ayıları nə qədər yaxşı üzücü olsalar belə üzmək onlar üçün daha çox enerji tələbi deməkdir. Qütb ayılarının bütün ekoloji fəaliyyətlərinin böyük qismi buzlaqlarlardan asılıdır. Bunun üçün də professor Endryu Derocher "Carbon Brief"-də belə bir çıxış etmişdi: "Dəniz buzu olmadan buz ekosistemindən danışmaq olmaz və bu ekosistemi itirmək qütb ayılarını da itirmək deməkdir". Alimlər Kanada, Qrenlandiya, Norveç, Rusiya və ABŞ-ın Arktika bölgələrində araşdırma edərək Qütb ayılarının yaşadığı 19 əsas bölgəni qeyd ediblər. Bütün bu bölgələr hamısı buzlaqlarını itirir. Bu bölgələri alimlər 4 əsas hissəyə bölüblər: 1) Mövsümi: "Zəngin mühit" ayılara yazda kökəlməyə imkan verir. Ancaq yayda buz tamamilə əriyir - buna görə də qütb ayıları sahilə çıxmağa məcbur olur və buz islahatlarına qədər əsasən yağ ehtiyatları hesabına yaşayır. 2) Divergent: Bu bölgə tarixən bütün il boyu buz örtüyünə malik olmuşdur. Lakin iqlim isindikcə dəniz buzları sahildən daha da uzaqlaşır. 3) Konvergent: Bu bölgədə buz yayda sahil boyunca toplanır və bu, ayıların il boyu dəniz buzunda qalmasına imkan verir. 4) Arxipelaq: Bütün il boyu tam buz örtüyü. Bu bölgə "qütb ayıları və onların ovları üçün son sığınacaq yeri olacaq" Bu qeyd edilən 19 bölgədən 4-cüyə aid olan yalnız altı hissə qalıb. 2016 cı ildəki araşdırmalar göstərdi ki, 19 əsas regionun hamısında buzlaqlı gün saylarının ilə olan müqayisəsi azalmışdır.[2]
Qütb ayılarının qidalanması və rasionları.
[edit]Qütb ayılarının qida raisonunu halqalı suitilər, arfa suitilər və morjlar təşkil edir. Ayılar bu qidaları əldə etmək üçün saatlarla buzlaqların üzərində dincəlməyə çıxmaqları üçün həmin ovları gözləyirlər. Ümumiyyətlə Qütb ayıları qidalanmanın üçdə ikisini yazın sonu və yayın əvvəllərində edirlər. Havalar isindikcə buzlaqların azalması və fəsillərin doğru zamanda özünü göstərməməsi, Qütb ayılarının ovlarının azalmasına və ayıların ac qalmasına səbəb olur. Buzlaqlar geri çəkildikcə bir ekosistem canlısının kiçik uyğunlaşması bütün qida zəncirində özünü biruzə verir. Qidanın azlığı səbəbindən yetəəri enerjini ala bilməyən ayılar qışlama mövsümünə daha hazırlıqsız şəkildə getməli olurlar. Qida axtarışı üçün üzməyə üstünlük verən ayılar yuxarıda qeyd edildiyi kimi daha çox enerji itirdiyi üçün daha zəif olurlar. Bu da özlüyündə dünyaya gələcək yeni nəsilin daha zəif və cılız olmasına səbəbiyyət verir. Bununlada tablonun sonunda daha az həyatda qalan ayı balası və daha zəif qışlayan yetişkin ayılar ortaya çıxır. Azalan qidalar Qütb ayılarının rasionuna təsir edərək daha əvvələr çox az rast gəlinən, balina cəsədi, qütb maralı qalıqları, ördək yumurtaları kimi qidaların ayılar tərəfindən daha çox istifadə etdiklərini ortaya qoyur.
Qütb ayılarının çoxalmasında Qlobal istiləşmənin zərərləri.
[edit]Artan emisya qazlarının çoxluğu, planetin orta illik temperaturuna öz mənfi təsirini göstərir. Qütblər isinir, buzlaqlar əriyir. Ayılar buna uyğunlaşma üçün qış yuxusundan daha erkən oyanmalı olur. Çoxalma dövrünü qidanın bol olduğu dönəmlərə çəkmək məcburiyyətində qalırlar. Ana ayıların üzərək daha uzaq məsafələrə getməsi bala ayıların müdafiəsiz qalmasına və tələfatına səbəb olur. "İqlim Dəyişikliyi üzrə Hölümətlər arası Panelin 2019" çıxışındakı bir məlumatı qeyd etmək yerinə düşərdir: "Dəniz buzunun və qarın vaxtında, paylanmasında və qalınlığında baş verən dəyişikliklər fenoloji dəyişikliklərlə və qütb ayılarının paylanması, yerləşməsi, qidalanma davranışı və sağ qalma nisbətlərindəki dəyişikliklərə səbəb vermişdir. Daha az buz həm də qütb ayılarını daha uzun məsafələrə səyahət etməyə və əvvəlkindən daha çox üzməyə sövq edir – həm dənizdə, həm də sahilyanı ərazilərdə, bu hallar gənc balalar üçün xüsusilə təhlükəli ola bilər".[3][4]
2015-ci iləd dərc edilən "Qırmızı kitab"-a əsasən Qütb ayıları "həssas" kateqoriyaya aid edilib. Qütb ayılarının sayıları kəskin azalmaqda davam etməkdədir. Hal hazırda Qütb ayıları nəsli kəsilməsi təhlükəsi böyük olan növlər içərisində öz yerini almaqdadır.[5][6]
References
[edit]- ^ "Polar bear habitat".
- ^ Regehr, Eric V.; Laidre, Kristin L.; Akçakaya, H. Resit; Amstrup, Steven C.; Atwood, Todd C.; Lunn, Nicholas J.; Obbard, Martyn; Stern, Harry; Thiemann, Gregory W.; Wiig, Øystein (2016). "Conservation status of polar bears ( Ursus maritimus ) in relation to projected sea-ice declines". Biology Letters. 12 (12). doi:10.1098/rsbl.2016.0556.
- ^ "Inside Science".
- ^ Laidre, Kristin L.; Atkinson, Stephen; Regehr, Eric V.; Stern, Harry L.; Born, Erik W.; Wiig, Øystein; Lunn, Nicholas J.; Dyck, Markus (2020). "Interrelated ecological impacts of climate change on an apex predator". Ecological Applications. 30 (4): e02071. doi:10.1002/eap.2071. PMC 7317597. PMID 31925853.
- ^ https://www.ipcc.ch/
- ^ https://www.iucnredlist.org/species/22823/14871490